Tbilisi məscidində Xocalı qurbanları yad edilib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Tbilisidə Cümə məscidində Xocalı soyqırımının qurbanları yad edilib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, mərasim Azərbaycanlı Ağsaqqallar Şurası və Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən təşkil olunub.

Məsciddə faciə qurbanlarının ruhlarına dualar oxunub, Xocalı şəhərində qətlə yetirilmiş günahsız insanlara Allahdan rəhmət dilənib.

Tədbirdə din xadimləri, Azərbaycan səfirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.