İvanişvili: "Gürcüstan 3-4 ilə NATO üzvü ola bilər"

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

“Əgər situasiyanı düzgün analiz etsək və hadisələr istədiyim kimi getsə, Gürcüstan 3-4 ilə NATO-ya üzv ola bilər”. APA-nın Gürcüstan bürosunun yerli mətbuata istinadən verdiyi məlumata görə, bunu “Bloomberg”ə müsahibəsində Gürcüstanın baş naziri Bidzina İvanişvili deyib.

Baş nazir qeyd edib ki, Rusiya ilə münasibətlərin normallaşması Gürcüstan üçün həyati əhəmiyyət kəsb edir: “Rusiya Federasiyası ilə münasibətlərin normallaşdırılması Gürcüstanın siyasi sabitliyi və iqtisadiyyatı üçün vacibdir. Gürcüstan hökuməti Rusiya ilə münasibətlərin normallaşması prosesinin vacibliyini və əhəmiyyətini nəzərə alaraq, bu məqsədə nail olmaq üçün hər şeyi edəcək.

Gürcüstanın baş naziri bu ilin dekabr ayında siyasətdən getmək niyyətini də açıqlayıb: "Mən yeni ilə qədər siyasətdən gedəcəm və ictimai fəaliyyətimi fəal davam etdirəcəm. Fikrimcə, bizim problem hökumətdə deyil, cəmiyyətdədir. Cəmiyyət çox təcrübəsiz və aşağı səviyyəli siyasi mədəniyyətin daşıyıcısıdır. Mən onun siyasi mədəniyyətinin səviyyəsinin yüksəldilməsi üçün hər şeyi edəcəyəm”.