Prezident İlham Əliyevin Davosda İsrail baş naziri ilə görüşü olub
Azərbaycan prezidenti İlham Əliyevin Davosda İsrail baş naziri Benyamin Netanyahu ilə görüşü olub.
APA-nın məlumatına görə, görüşdə İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri məmnunluqla xatırlanıb, səfərin nəticələrinin Azərbaycan-İsrail əlaqələrinin inkişafına yeni təkan verdiyi qeyd olunub.
Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edilib, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.
< Əvvəlki | Növbəti > |
---|