Tbilisidə 20 Yanvar faciəsinə həsr olunmuş sərgi açılıb
Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın təşəbbüsü ilə yanvarın 19-da Tbilisidə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş sərgi açılıb və anım mərasimi keçirilib. Sərginin və mərasimin təşkilində Gürcüstandakı M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin kollektivi yaxından iştirak edib.
Sərgi iştirakçıları faciəni əks etdirən fotolara baxıb, Qanlı Yanvar hadisələrini bir daha xatırlayıblar.
Anım mərasimində 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad olunub. Sonra tədbirin əhəmiyyətindən danışan muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva bildirib ki, oxşar taleləri olan Azərbaycan və gürcü xalqlarının müstəqillik uğrunda mübarizəsi hədər getməyib. Hər iki xalq müstəqilliyinə qovuşub.
AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov 20 Yanvar faciəsinin səbəbləri və acı nəticələri barədə məlumat verib. Diqqətə çatdırıb ki, 28 il əvvəl baş verən bu faciə Azərbaycan xalqının müstəqilliyini istəməyən qüvvələrin mənfur siyasətinin davamı idi. Amma imperiyapərəst qüvvələr xalqımızın mübarizə əzmini, azadlıq istəyini boğa bilmədi. Xalqımız qanı bahasına müstəqilliyinə qovuşdu. Ona görə də deyə bilərik ki, bu qanlı hadisələr, eyni zamanda, Azərbaycan xalqının qəhrəmanlıq tarixində şanlı səhifədir.
Mərasimdə vurğulanıb ki, 20 Yanvar faciəsinə ilk kəskin etirazı o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev bildirib. Ümummilli Liderimiz özünün və ailəsinin həyatını təhlükəyə ataraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib və qanlı qırğını pisləyən sərt bəyanatla çıxış edib. Məhz Ulu Öndərin gərgin səyləri nəticəsində 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilib.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Elçin Məmmədov çıxışında səfirliyin təşəbbüsü ilə keçirilən tədbirlərdən danışıb. Qeyd olunub ki, Prezident İlham Əliyev faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi önəm verir, 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində davamlı addımlar atılır, şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşılır.
Sonra tarixçi alim Simon Kopadze çıxış edərək 20 Yanvar və Tbilisidə baş vermiş 9 Aprel hadisələrindən danışıb, xalqlarımızın oxşar tarixindən, ortaq dəyərlərindən söz açıb.
Gürcüstanın Art Qalleri televiziyasının rəhbəri, politoloq Tengiz Txilava çıxışında deyib: “20 Yanvar faciəsi zamanı Qafqazdan uzaqda olsam da, bu hadisələrin başvermə səbəbləri mənə aydın idi. Amma nə yaxşı ki, Gürcüstanda və Azərbaycanda törədilmiş bu qırğınlar xalqlarımızın müstəqillik arzusunu boğa bilmədi. Bu gün həm Azərbaycan, həm də Gürcüstan müstəqil dövlətlərdir”.
9 Aprel hadisələrinin canlı şahidi olan Qəhrəman Musayev vurğulayıb ki, imperiya qüvvələrinin Gürcüstanda və Azərbaycanda qadağan olunmuş silahlardan istifadə etməsinə, amansız qırğınlar törətməsinə baxmayaraq, insanların mübarizə əzmini qıra bilmədilər.
Tengiz Txilava jurnalistlərə müsahibəsində deyib: “İlk dəfədir ki, AZƏRTAC Tbilisidə belə bir tədbir keçirir. Biz bunu çox bəyəndik. İstərdik ki, hər iki ölkənin informasiya agentlikləri, qəzet, jurnal və televiziyaları birlikdə belə tədbirlər təşkil etsin, əsl həqiqətləri birlikdə dünya ictimaiyyətinə çatdırsınlar”.
Simon Kopadze də tədbirin təşkilini yüksək qiymətləndirib. Bildirib ki, bu cür tədbirlər təkcə paytaxt Tbilisidə deyil, Kutaisi, Rustavi və digər böyük şəhərlərdə də keçirilməlidir. Tarixçi-alim belə tədbirlərin xüsusən gənc nəslin maarifləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
Tədbirdə Azərbaycan Televeziyasının Gürcüstan üzrə xüsusi müxbiri Şahismayıl Şəmmədoğlu çıxış edərək, 20 Yanvar faciəsinin qısa tarixi və acı nəticələri barədə məlumat verib. O, 28 il əvvəl baş verən bu faciənin tariximizin ən faciəli, eyni zamanda, xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindən biri kimi yaddaşlara həkk olunduğunu vurğulayıb. O, həmçinin, Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin şəhidlərin xatirəsinin uca tutulmasında, şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilməsində xidmətlərini xüsusi qeyd edib. O əlavə edib ki,21 yanvar 1990ci ildə "Sovet Gürcüstanı" qəzeti özünün bir buraxılışının dörd səhifəsini məhz 20 Yanvar faciəsinə həsr edib.O zaman Gürcüstandan Azərbaycana Bakı şəhərinə yaralılar üçün yüzlərlə maşında tibbi ləvazimatlar göndərilib.
Anım mərasimində Azərbaycan səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər.
Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan Bölməsinin sədri Rafiq Hümbət, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının sədri Əli Bədirov, Gürcüstanın Aktiv Qadınlar Birliyinin sədri Gültəkin Mustafayeva, Azərbaycan Televiziyasının Gürcüstan üzrə müxbiri Şahismayıl Şəmmədoğlu, Türkmənistandan gəlmiş ziyalı Məhəmməd Aşirov və başqaları hadisələrlə bağlı fikirlərini bölüşüb, xalqlarımızın azadlıq, suverenlik uğrunda mübarizə tarixinə nəzər salıblar.
Sonra 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunub.

Tengiz Txilava: AZƏRTAC-ın Tbilisidə belə bir tədbir keçirməsi təqdirəlayiqdir
Tengiz Txilava jurnalistlərə müsahibəsində deyib: “İlk dəfədir ki, AZƏRTAC Tbilisidə belə bir tədbir keçirir. Biz bunu çox bəyəndik. İstərdik ki, hər iki ölkənin informasiya agentlikləri, qəzet, jurnal və televiziyaları birlikdə belə tədbirlər təşkil etsin, əsl həqiqətləri birlikdə dünya ictimaiyyətinə çatdırsınlar”.
Simon Kopadze də tədbirin təşkilini yüksək qiymətləndirib. Bildirib ki, bu cür tədbirlər təkcə paytaxt Tbilisidə deyil, Kutaisi, Rustavi və digər böyük şəhərlərdə də keçirilməlidir. Tarixçi-alim belə tədbirlərin xüsusən gənc nəslin maarifləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
Anım mərasimində Azərbaycan səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər.
< Əvvəlki | Növbəti > |
---|