Azərbaycan hərbçiləri Gürcüstanda keçirilən qış hərbi təlimlərində

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstanın Saçxeri və İmeretidəki hərbi məktəblərində “Dağlıq ərazilərdə hərbçilərin qış hazırlığı” kursu başlayıb.

Dalga tv  Gürcüstan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, təlimlərdə Azərbaycan hərbçiləri də iştirak edirlər.

Hərbi təlimlərə, həmçinin Gürcüstan, Latviya, Polşa və Ermənistandan olan hərbçilər də qatılıblar.

Kurslarda hərbçilər dağlıq ərazilərdə qarlı havada manevr etmək, axtarış-xilasetmə tədbirlərinin təşkili, qar uçqunları altında qalmış insanlara ilkin tibbi yardımın göstərilməsi, onların təxliyəsi və sair barədə bilik və bacarıqlarını artıracaqlar.

Kursu müvəffəqiyyətlə başa vuran hərbçilərə sertifikatlar və döş nişanları təqdim olunacaq.

Hərbi təlimlər fevralın 2-də başa çatacaq.