Cəbrayıl rayonunun Ermənistan hərbi birləşmələri tərəfindən işğalının 20-ci ildönümü qeyd olunmuşdur

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Avqustun 23-də Cəbrayıl rayonunun erməni hərbi birləşmələri tərəfindən işğalının 20-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təşkil edilmiş tədbirin iştirakçıları əvvəlcə teatrın foyesində Cəbrayıl rayonunun işğaldan əvvəl və sonrakı dövrünü əks etdirən stendlərlə tanış olmuşlar.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, “Erməni işğalında qalan Cəbrayıl” sənədli filmi nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edənlər işğalçı dövlətin hərbi təcavüzü ilə başlanmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən, müharibənin ölkəmizə vurduğu hədsiz ziyandan söz açmışlar. İşğalçılara qarşı döyüşlərdə Azərbaycanın digər bölgələrində olduğu kimi, Cəbrayıl rayonunun müdafiəçilərinin də böyük şücaət göstərdikləri vurğulanmışdır. Bildirilmişdir ki, bu ədalətsiz müharibədə 392 cəbrayıllı şəhid olmuşdur. Döyüşlərdə xüsusi fədakarlıq göstərənlərdən beşi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.