Gürcüstanın Acarıstan Muxtar Respublikasının Batumi şəhərində Ümummili Lider Heydər Əliyevin anım mərasimi keçirilib.

İstifadəçilərin qiymətləndirməsi: / 1
ZəifƏla 

alt

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Batumi şəhərində Ümummili Lider Heydər Əliyevin anım mərasimi keçirilib. Anım mərasimində Ümummilli Liderin çoxşaxəli fəaliyyətindən bəhs edilib.Tədbirdə Azərbaycan Televiziyasının Gürcüstan müxbiri əməkdar jurnalist Şahismayıl Şəmmədoğlunun Gürcü və Azərbaycan dilində işıq üzü görən "Heydər Əliyev və Gürcüstan" kitabının təqdimatı keçirilib.

Azərbaycan Respublikasının Batumi şəhərindəki baş konsulluğu ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım tədbiri keçirib. Tədbirdə hər iki ölkənin himni səsləndirilib ve Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri baş konsul Rəşad İsmayılov açaraq Heydər Əliyev şəxsiyyətinin miqyasını və unikallığını, Azərbaycanın təşəkkülünə və inkişafına verdiyi böyük töhfəni, onun dünya miqyasındakı nüfuzunu, ölkənin milli mənafelərinin qorunmasında məqsədyönlü mövqeyini, yüksək insani keyfiyyətlərini qeyd edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzsizdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin parçalanmasının qarşısını alıb, ölkəmizdəki vətəndaş birliyini dünyaya nümayiş etdirib. O, həmçinin qeyd edib ki, Heydər Əliyev Azərbaycan və Gürcüstan dostluğunun memarı hesab olunur. Ulu Öndər Gürcüstan ilə münasibətlərə daim xüsusi diqqət yetirib və Gürcüstanın çətin dövrlərində dost ölkə kimi gürcü xalqına qardaşlıq yardımını əsirgəməyib.

Baş konsul, həmçinin Ümummilli Liderin cismən aramızda olmadığı son 14 ildə onun ən layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycan dövlətçiliyinin daha da gücləndiyini, xalqımızın inanılmaz tərəqqiyə şahid olduğunu və Azərbaycanın malik olduğu geosiyasi qüdrətin real gücə arxalandığını qeyd edib.

Tədbirdə Ümummilli lider Heydər Əliyevin ömür yolundan,   Gürcüstana ilk səfərindən sonra iki ölkə arasında yaranan əlaqələrdən bəhs edən müəllifi Şahismayıl Şəmmədoğluya məxsus olan gürcü və azərbaycan dilində “Heydər Əliyev və Gürcüstan kitabı”nın da tədqimatı olub. Xalqlarımız arasında güclü dostluq əlaqələrinin olduğunu deyən Rəşad İsmayılov “Heydər Əliyev və Gürcüstan” kitabının əhəmiyyətindən danışıb.

Tədbirdə Acarıstan Muxtar Respublikasının Elm, Təhsil, İdman və Gənclər naziri İnka Şamilaşvili  Ulu Öndərin tarixi xidmətlərinin nəticəsi olaraq onun əziz xatirəsinin gürcü və digər dost xalqlar tərəfindən daim yad edildiyini və böyük şəxsiyyət kimi Heydər Əliyev fenomeninin qəlblərdə əbədi olaraq yaşayacağını deyib. O çıxışında təqdim olunan  “Heydər Əliyev və Gürcüstan” kitabının gürcü versiyasının nəşrini yüksək qiymətləndirib və kitabın çoxlu oxucu kütləsinə malik olacağından əminliyini vurğulayıb.

Acarıstan Muxtar Respublikasının Bələdiyyəsinin sədri Suliko Tabidze, Batumi şəhərinin meri Laşa Qomaxidze, digər dövlət və hökumət rəsmiləri, Türkiyənin baş konsulu  Maşliya Qoçaq, Batumi Dövlət Universitetinin professoru Roston Kurdnişvili, “Ajara PS” televiziyasının rəhbəri Jemal Meqrelidze,  Acarıstan Muxtar  Respublikasındakı Azərbaycan diasporasının sədri Vidadi Axundov, “SOCAR-Georgia” şirkətinin əməkdaşları, ziyalılar və Azərbaycan icmasının üzvləri  tədbirdə iştirak ediblər.

Tədbirin sonunda Azərbaycan televiziyasının Heydər Əliyevə həsr olunmuş filmi nümayiş etdirilib.

alt

alt

alt

alt

alt