Gürcüstan prezident seçkilərinə beynəlxalq müşahidəçiləri dəvət edib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

Gürcüstan Xarici İşlər Nazirliyi oktyabrın 27-də keçiriləcək prezident seçkiləri ilə bağlı ölkəyə müşahidəçi göndərmək üçün beynəlxalq təşkilatlara və müxtəlif ölkələrə dəvətnamələr  göndərib. Nazirlik tərəfindən iyul ayında  Demokratik Təsisatlar və İnsan Hüquqları, ATƏT-in Parlament Assambleyası, Avropa Şurası, Avropa Şurasının Parlament Assambleyası, NATO Parlament Assambleyası, Avropa Parlamenti, GUAM Parlament Assambleyası, QDİƏT və Ərəb Birliyi Parlament Assambleyasının Bürosuna dəvətnamələr göndərilib.

Gürcüstan XİN həmçinin AB, NATO, GUAM və digər tərəfdaş ölkələrə, eyni zamanda Milli Demokratiya İnstitutunun (MDİ), Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) və  beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən tanınmış ABŞ-ın Helsinki Komissiyasına müraciət edib.
 

"Gürcüstan göndərdiyi məktublarda seçkilərin yüksək səviyyədə şəffaf, azad və ədalətli, beynəlxalq standartlara tam cavab verən və beynəlxalq müşahidəçilərin effektli fəaliyyəti üçün hazır olduğunu bildirir”, deyə XİN bu gün yayılan bəyanatında bildirib.