Abdullah Gül: “Bakı-Tbilisi-Qars layihəsi türk dövlətləri arasında..."

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

“Türk dünyası bütün ölkələrdə əhəmiyyətli yerə malikdir. Həmin ölkələr ortaq tarix və mədəniyyətlə birləşiblər. Bizləri yalnız ümumi dil, tarix və mədəniyyət deyil, həm də bizim türk dünyasının gələcəyini gücləndirmək istəyimizdir". Bu fikirləri Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində çıxışı zamanı Türkiyə prezidenti Abdullah Gül bildirib.

Gülün sözlərinə görə, türkdilli ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi Asiya regionunun inkişafı yolunda əhəmiyyətli addımdır: "Türkdilli ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi Asiya regionunun inkişafı yolunda əhəmiyyətli addımdır. Türkdilli ölkələr dünya arenasında bir-birini dəstəkləyir və bir-birilərinin uğurlarına sevinirlər. Bu gün biz bir-birimizi daha çox dəstəkləməli və səyləri birləşdirməliyik. Elə buna görə də Şura mövcuddur. Biz əməkdaşlığın möhkəmləndirilməsi üçün layihələri davam etdirmək niyyətindəyik".

Türkiyə prezidenti onu da qeyd edib ki, türkdilli ölkələr Avropa və Asiyanı, şimal və cənubu bir-birinə bağlayan regionda yerləşir: “Bu layihənin ən önəmli hissəsi Azərbaycanla birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars layihəsidir. Bu dəmir yolu xətti türk ölkələri arasında ticarətin və əlaqələrin genişləndirilməsinə böyük töhfə verəcək. Layihənin davamı olaraq Bakı-Aktau və Bakı-Türkmənbaşı limanları arasında bərə xəttinin qurulması bu sahədə önəmli addımdır. Bu layihə ilə Çindən Avropaya birbaşa bağlantı qurulacaq. Mərmərə layihəsinin reallaşması ilə Qərbi Avropadan çıxan qatar birbaşa Asiya və Çinə gedəcək. Bu, gələcəkdə oyunları dəyişdirən bir layihə olaraq qalacaq. Tarixə baxdığımızda türk dövlətlərinin güclü olduğu dönəmlərdə İpək Yolu dünyanın əsas ticarət yolu olub. İpək Yolu türk dünyasının iqtisadi inkişafı və siyasi güclənməsinin açarıdır".

A. Gül ölkələr arasında quru nəqliyyatının inkişaf üçün tətbiq olunan kvotaların aradan qaldırılmasının, gömrükdə eyni standartlarda modernləşmənin həyata keçirilməsinə ehtiyac olduğunu deyib.