İbrahimbəyovun sənədləri MSK-ya təqdim ediləcək

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun sənədləri MSK-ya sabah təqdim olunacaq. 

Bu barədə məlumatı Milli Şuranın üzvü Eldəniz Quliyev verib. Onun sözlərinə görə, Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun seçki sənədləri avqustun 14-də Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq: "İbrahimbəyovun təşəbbüs qrupu seçki sənədlərini bu gün imzalayacaq. Sənədlər hazır olduqdan sonra MSK-ya təqdim ediləcək."