Üç ölkənin prezidenti Azərbaycana gələcək

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

Qazaxıstan prezidenti Nursultan Nazarbayev avqustun 16-da türkdilli dövlət başçılarının Qəbələdə keçiriləcək zirvə toplantısına qatılmaq üçün Azərbaycana gələcək.

Bunu Qazaxıstan prezidenti yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin əməkdaşı Bolat Sadıkov deyib. O, ilk sammitin 2011-ci ildə Qazaxıstan prezidentinin təşəbbüsü ilə Almatı şəhərində keçirildiyini və iqtisadi əməkdaşlıq məsələlərinə həsr olunduğunu xatırladıb. 

Türkiyə və Qırğızıstan prezidentləri Abdullah Gül və Almazbek Atambayev də sammitdə iştirak edəcəklər. A. Gülün Azərbaycana avqustun 14-də, A. Atambayevin isə avqustun 15-də gəlməsi gözlənilir.

Qeyd edək ki, Türkdilli Dövlət Başçıları Şurası 2009-cu ildə yaradılıb. Şuraya 4 dövlət daxildir: Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan.