İtaliyanın Nazirlər Şurasının Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

altAzərbaycanda rəsmi səfərdə olan İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın başçılıq etdiyi nümayəndə heyəti avqustun 11-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əkil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.