Gürcüstan baş naziri Azərbaycan səfiri ilə görüşüb

Gürcüstan baş naziri Giorgi Kvirikaşvili Azərbaycanın yeni təyin olunmuş səfiri Dursun Həsənovu qəbul edib.
alt
APA-nın "Georgia Online" saytına istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın prioritet istiqamətləri, ikitərəfli münasibətlərin dərinləşdirilməsi perspektivləri müzakirə edilib.

G. Kvirikaşvili Azərbaycan səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb, habelə ölkəsi ilə Azərbaycan arasında ənənəvi əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu söyləyib.