Putin Ərdoğan və Nazarbayevlə danışdı
Rusiya prezidenti Vladimir Putin qazaxıstanlı və türkiyəli həmkarları Nursultan Nazarbayev və Rəcəb Tayyib Ərdoğanla danışıb.
“Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.
Söhbət Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub. Ərdoğan Rusiya liderinə zəng edərək “Tu-154” təyyarəsinin Qara dənizdə qəzaya düşməsi ilə bağlı başsağlığı verib.
Danışığa Rusiyada işgüzar səfərdə olan Nursultan Nazarbayev də qoşulub.
Qeyd olunur ki, tərəflər Suriydakı vəziyyəti də müzakirə ediblər.
< Əvvəlki | Növbəti > |
---|