Binəli Yıldırım Putinlə görüşdü

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Rusiya prezidenti Vladimir Putin Türkiyənin Baş naziri Binəli Yıldırımı Kremldə qəbul etdi.

AzNews.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, görüş zamanı rus-türk əməkdaşlığının ticari-iqtisadi sferada inkişaf etdirilməsi müzakirə edilib. 

Görüş zamanı Putin hər iki ölkə arasındakı münasibələrin müxtəlif sahələrdə bərpa olunmasından məmnunluq ifadə edib. Rusiya prezidenti hesab edir ki, Binəli Yıldırımın səfəri növbəti sammitdə Türkiyə prezidenti ilə yüksək səviyyəli görüşü üçün əsas rol oynayacaq.