Ərdoğandan Ermənistana MESAJ: “Qarabağı tərk edin”
“Türkiyə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasına qarşıdır”.
Dalga TV-nin Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib ki, işğal heç bir müsbət nəticəyə gətirib çıxarmayacaq və Ermənistan tez bir zamanda Azərbaycanın işğal olunmuş torpaqlarını tərk etməlidir.
Türkiyə Prezidenti söyləyib ki, işğal olunan ərazilər əsl sahiblərinə qaytarılmalıdır: “Bu torpaqların əsl sahibləri azərbaycanlılardır və onlar öz torpaqlarına qayıtmalıdırlar. ABŞ, Rusiya və Fransa isə üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.
< Əvvəlki | Növbəti > |
---|