Georgi Kvirikaşvili: "Azərbaycan və Gürcüstanın birgə reallaşdırdıqları layihələr regionun inkişafına xidmət edir"

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

“Bizim qardaş və dost Azərbaycan ilə çox vacib, strateji tərəfdaşlığımız var. Biz ikitərəfli əlaqələrimizi bütün sahələrdə dinamik inkişaf etdiririk. Bu əlaqələr hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb edir”.

“Report"un Gürcüstan bürosu xəbər verir ki, bu fikirləri jurnalistlərə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə ikitərəfli əlaqələrimizin dinamik inkişafı qlobal layihələrin reallaşmasında da mühüm rol oynayır: “Bizim logistika, nəqliyyat daşınmaları, enerji daşıyıcıları, eləcə də hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb edən təhlükəsizlik sahəsində çox mühüm əməkdaşlığımız var. Eyni zamanda, yeni İpək Yolu layihəsinin inkişafı bizim üçün çox vacibdir. Bu layihələr təkcə Azərbaycan və Gürcüstan üçün deyil, bütövlükdə region üçün mühüm əhəmiyyət kəsb edir. Ona görə də çalışırıq ki, öz infrastrukturumuzu modernləşdirək, inkişaf etdirək. Nəticə etibarilə də bu layihələri reallaşdıra bilək”.