İlham Əliyev və ailə üzvləri Kəbədə namaz qılıb
Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri aprelin 6-da İslam dünyasının əsas müqəddəs şəhəri Məkkədə ümrə ziyarətində olublar.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri xüsusi libas geyinərək Əl-Həram məscidinə gediblər.
Ziyarətgahın rəhbərləri Azərbaycan dövlətinin başçısını mehribanlıqla qarşılayılar.
Azərbaycan Prezidenti İlham Əliyev və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolanıblar, məsciddə namaz qılıblar.
Sonra Səfa və Mərvə təpələrinin ziyarəti başlanıb. Azərbaycan Prezidenti və ailə üzvləri bu iki təpə arasındakı məsafəni yeddi dəfə qət ediblər.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Kəbəyə daxil olublar, burada namaz qılıblar.
Ümrə ziyarəti başa çatdıqdan sonra İlham Əliyev Əl-Həram məscidini seyr edib.
Azərbaycan Prezidentinə məscid haqqında ətraflı məlumat verilib.
< Əvvəlki | Növbəti > |
---|