“Qarabağ Azərbaycana qaytarılır“ - Erməni siyasətçi

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

Şuşanın işğalında iştirak etmiş erməni komandir Jirayr Sefilyan Ermənistanın tezliklə Dağlıq Qarabağ itirəcəyini proqnozlaşdırıb.
ANS PRESS-in məlumatına görə, doğulduğu Livandan gələrək Dağlıq Qarabağ müharibəsinə qoşulmuş və çox sayda azərbaycanlını yurd-yuvasından didərgin salmış erməni veteran baş verənləri 1920-ci ildə Qars vilayəti ilə bağlı baş verənlərə bənzədir.

“Onda Qars məsələsi vardı - Ermənistan sovetləşdi, indi Avrasiya İttifaqına girmişik. Həmin vaxt Qarsın verilməsi ilə üsyan başladı. Üsyanın başlaması üçün Dağlıq Qarabağın itirilməsini gözləmək lazım deyil”, - deyə erməni veteran vurğulayıb.

Müxalifətçi “Təsisçilər parlamenti” təşəbbüsünün koordinatoru Jirayr Sefilyan erməni xalqını rejimə qarşı mübarizəyə çağırıb. O, vətəndaşları kreditləri və cərimələri ödəməməyə, vətəndaş itaətsizliyinə dəvət edir.