Birləşmiş Ştatlar Dağlıq Qarabağın müstəqilliyini tanımır

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

altDağlıq Qarabağda keçiriləcək qondarma “seçkilər” davam edən sülh danışıqlarının gedişinə təsir göstərmir.

ANS PRESS xəbər verir ki, bu barədə separatçı Dağlıq Qarabağ rejimi tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində mayın 3-nə qondarma “parlament seçkiləri”nin təyin edilməsi ilə bağlı APA-nın sorğusuna cavabında ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətindən qeyd ediblər ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağın müstəqilliyini tanımır:

“Dağlıq Qarabağın hüquqi statusu beynəlxalq vasitəçiliyin mövzusu olaraq qalır. Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədri kimi davamlı və sülh yolu ilə həllə nail olmaq sahəsində tərəflərlə işləmək fikrinə sadiqdir”.