Gürcüstanın baş naziri gürcü müsəlman icmasına hədiyyə edilən binaların açılışında iştirak edib - FOTO

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

altMartın 6-da Gürcüstanın baş naziri Qərbi Gürcüstanda gürcü müsəlman icmasına hədiyyə edilən binaların açılışında iştirak edib.


Bu barədə APA-nın Gürcüstan bürosuna GMİ-nin şeyxi Ramin İgidov bildirib.

Məlumata görə, tikililərin açılış mərasimində baş nazir İrakli Qaribaşvili, Acarıstanın hökümət başçısı Arçil Xabadze, Ali Məclisin sədri Avtandil Beridze, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, GMİ-nin müftiləri Hacı Beglar Kamaşidze və Hacı Yasin Əliyev, GMİ şeyxinin nümayəndəsi Hacı Qurban Murquzov, Qərbi Gürcüstan müftisinin yerli nümayəndələri, GMİ-nin administrasiya əməkdaşları iştrak ediblər.

Qeyd edək ki, baş nazirin iştirakı ilə GMİ nəzdinə verilən binalardan biri Acarıstandakı muftiliyin rəsmi idarəsi, ikinci bina isə Təhsil Mərkəzinin fəaliyyəti üçün nəzərdə tutulub.