Məşhur ata-bala öldürüldü
Türkiyənin Urfa vilayətinin Suruç rayonunun keçmiş bələdiyyə başçısı və oğlunun avtomobilinə edilmiş silahlı hücum nəticəsində hər ikisi həlak olub.
ANS PRESS-in məlumatına görə, Salih Tekinalp və oğlu Sinan Tekinalpa hücum bu gün yerli vaxtla saat 16-radələrində Urfa-Suruç yolunda baş verib.
Ata-oğul Urfadan şəhərlərinə dönən zaman avtomobil şəxsiyyətləri hələ müəyyən edilməmiş adamlar tərəfindən atəşə tutulub. Ata və oğul açılan atəş nətiəcəsində həlak olduğundan avtomobil idarə etməni itirərək yol kənarındakı maneələrə çırpılıb.
< Əvvəlki | Növbəti > |
---|