Ukrayna prezidenti müxalifətə güzəştə getməyə çalışır

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

Yanvarın 24-də Ukrayna prezidenti Viktor Yanukoviç  kilsələrin təmsilçiləri ilə görüşüb.

Yanvarın 16-da ölkə parlamentinin bir sıra azadlıqları məhdudlaşdıran qanuna yenidən baxılacağına söz verib: «Parlamentin uyğun dəyişikliklərə səs verməsi üçün mütəxəssislər müxalifət təmsilçiləri ilə bu qanun üzərində birgə çalışırlar».

O, Ali Radanın yanvarın 28-də keçiriləcək növbədənkənar iclasında hökumətin tərkibinin dəyişəcəyini açıqlayıb: «Bu sessiyada qərar qəbul edəcəyik. Prezident fərman imzalayacaq və biz peşəkar tərkib formalaşdırmaq üçün hökuməti yenidən quracağıq».

V.Yanukoviç Kiyevdə keçirilən  etiraz aksiyaları zamanı tutulanların  əfv ediləcəyini söyləyib.

2013-cü il noyabrın 30-da gecə Avromaydandakı etiraz aksiyasının dağıdılmasında iştirak edən məmurların vəzifədə qalmayacağını boyun olub: «Onlarn heç biri vəzifədə qalmayacaq. Onların hamısı tutduğu vəzifədən azad ediləcək».