Bakıda Müstəqil Dövlətlər Birliyinin Sərhəd Qoşunlarının Komandanları Şurasının 70-ci iclası keçirilir-A

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Sentyabrın 9-da Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının 70-ci iclası işə başlamışdır.
Tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın sərhəd xidmətləri Sərhəd Qoşunlarının Komandanları Şurasının əlaqələndirici xidməti, MDB icraiyyə komitəsi, MDB-nin antiterror mərkəzi, Avrasiya İqtisadi Birliyinin nümayəndə heyətləri iştirak edirlər.
İclasda MDB iştirakçısı olan dövlətlərin sərhədlərində vəziyyət və onun inkişaf meylləri barədə fikir mübadiləsi aparılır, 2013-cü il ərzində keçirilmiş birgə əməliyyat-profilaktik tədbirlərin nəticələri və 2014-cü ildə planlaşdırılan əməliyyatlar, MDB çərçivəsində sərhəd əməkdaşlığının hazırkı vəziyyəti və onun inkişafı üçün prioritet istiqamətlər nəzərdən keçirilir, gələn il üçün fəaliyyət planı müzakirə olunur.