Məşhur gürcü rejissorunun tamaşaları - Bakıda

Dünya şöhrətli, məşhur gürcü teatr rejissoru, SSRİ Xalq artisti Robert Sturuanın səhnələşdirdiyi tamaşalar Musiqili Teatrında nümayiş olunacaq.

Bu barədə AzNews.az-a teatrdan məlumat verilib. Bildirilib ki, oktyabr ayında Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrı Azərbaycana səfər edəcək.

Tamaşaların nümayişi də həmin səfər çərçivəsində baş tutacaq.

Oktyabrın 9-da Tamaz Çiladzenin “Ov mövsümü”, 11-də Terrens Maknellinin “Mariya Kallas – Dərs” tamaşaları Azərbaycan teatrsevərlərinə təqdim olunacaq.

Qeyd edək ki, bu səfər Mədəniyyət və Turizm Nazirliyinin, Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi və Tiflis şəhər meriyasının təşkilati dəstəyi ilə baş tutacaq.