Saakaşvili və Ukrayna Daxili İşlər Naziri dalaşdı - VİDEO
Saakaşvili və Ukrayna Daxili İşlər Naziri Prezidentin və Baş Nazirin iştirak etdiyi iclasda dalaşdı.
Ukraynanın daxili işlər naziri Arsen Avakov Odessa qubernatoru Mixail Saakaşvilinin onu əsəbiləşdirdiyini və onu buna görə "cəzalandırdığını" deyib.
Ukrayna mətbuatı yazır ki, Saakaşvili naziri "korrupsiyaya uğramış şəxs" adlandırıb, özünü isə "təmiz adam" kimi təqdim edib.
"Mən özümü Saakaşvilini vurmaqdan zorla saxladım, əvəzində isə stəkandakı suyu onun üzünə çırpdım" - deyə Avakov yazır.
Nazirin sözlərinə görə, o, bunu Saakaşvili açıq təhqirlərə keçəndən sonra etməyə məcbur olub.
Avakov daha sonra Saakaşvilinin ünvanına ağır təhqiramiz ifadələr işlədib. Onu "ağlını itirmiş populist", "heç nəyə görə cavabdeh olmayan boşboğaz", "həyasız", "davakar əclaf" adalndırıb.
Xatırladaq ki, Saakaşvili hələ noyabr ayında Avakovu sərt tənqid edərək onu dövlət pullarını oğurlamaqda suçlamışdı.
"Dalğa TV" bu gün Ukranyada keçirilən hökümət nümayəndələrinin növbəti qalmaqallı iclasının video görüntülərini təqdim edir.