Gürcüstanda şaurmaxanada partlayış olub, xəsarət alanlar var

Gürcüstanın Tsxaltubo şəhərində yerləşən şaurmaxanaların birində partlayış baş verib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, partlayışa qaz sızması səbəb olub.

Nəticədə 3 nəfər xəsarət alıb. Onlar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı istintaqa başlanılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey