Azərbaycan və Belarus Qarabağla bağlı birgə bəyanat qəbul edib

alt

Azərbaycan prezidenti İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukaşenko Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat qəbul ediblər. 

Dalga Tv BELTA-ya istinadən xəbər verir ki, sənəddə bildirilir ki, tərəflər ATƏT çərçivəsində davam edən səylərə, habelə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş fəaliyyətinə əsaslanaraq bu istiqamətdə gələcək addımların sürətləndirilməsinin vacibliyini vurğulayır. 

 

İlham Əliyev və Aleksandr Lukaşenko həmçinin münaqişənin tezliklə dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə, habelə BMT Təhlükəsizlik Şurası və ATƏT-in qərarlarına əsaslanan sülh nizamlanmasının vacibliyini vurğulayıblar.