Gürcüstan prezident seçkiləri ərəfəsində

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Gürcüstan Mərkəzi Seçki Komissiyası oktyabrın 28-də keçiriləcək prezident seçkiləri üçün 22 oktyabrdan seçki bülletenlərinin çapına başladı.

Bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze məlumat verərək bildirib ki, bülletenlərin çapı bir neçə gün davam edəcək və prosesi 2 beynəlxalq və 5 yerli müşahidə missiyasından 12 müşahidəçi izləyəcək.

Ümumilikdə paytaxt Tbilisinin 6 stambasında 3709 seçki məntəqəsi üçün 3 milyon 259 min 900 seçki bülleteni çap olunacaq. Bülletenlərin 3 milyon 252 min 800-ü prezident seçkiləri, 7100-ü isə Tercola və Samtredia şəhərlərində sakrebuloya keçiriləcək aralıq seçkilər üçün nəzərdə tutulub. Seçki bülletenləri etnik azlıqların dillərində da çap olunacaq.

Seçki bülletenləri 209 seçki məntəqəsi üçün gürcü və Azərbaycan dillərində, 133 seçki məntəqəsi üçün isə gürcü və erməni dillərində çıxacaq. Bundan başqa, dörd seçki məntəqəsi gürcü-Azərbaycan-erməni dillərində seçki bülletenləri ilə təmin ediləcək.

Onu da bildirək ki, bu il baş tutacaq Gürcüstan Prezident Seçkiləri üçün 3 518 890 seçici qeydiyyatdan keçib. Prezident seçkilərində 25 namizəd mübarizə aparacaq.