Gürcüstan və Ermənistan baş nazirlərinin görüşündə regional təhlükəsizlik məsələləri müzakirə olunub

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Tbilisidə keçirilmiş görüşdə regiondakı vəziyyət müzakirə olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə G. Kvirikaşvili erməni həmkarı ilə keçirdiyi brifinqdə deyib.
 

O bildirib ki, görüşdə regionda sülh və təhlükəsizliyin qorunub saxlanılmasının vacibliyi vurğulanıb.