Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsir
Gürcüstan Suriya ilə diplomatik əlaqələri kəsmək üçün müvafiq prosedura başlayıb.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan xarici işlər nazirinin müavini David Dondua deyib.
O bildirib ki, buna səbəb Suriyanın separatçı Abxaziya və Cənubi Osetiya respublikalarının müstəqilliyini tanımasıdır.
Qeyd edək ki, Suriya, qondarma Abxaziya və Cənubi Osetiya səfirlik səviyyəsində qarşılıqlı diplomatik əlaqələrin qurulacağını açıqlayıblar.