Gürcüstan prezidenti parlamentdə hesabat verəcək

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili may ayının 2-də parlamentdə illik hesabatla çıxış edəcək.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, dövlət başçısının çıxışı ilə bağlı prezident administrasiyasi və parlament rəhbərliyi arasında razılıq əldə olunub.

Qeyd edək ki, qonşu ölkədə prezidentin qanunverici orqan qarşısında ənənəvi çıxışı adətən yaz sessiyasının ilk iclasında baş tuturdu. Gürcüstan parlamentinin yaz sessiyası fevralın 6-da başlayıb.