Aprel qazisi Türkiyənin baş naziri ilə görüşdü

2016-cı ilin aprel döyüşlərində qəhrəmanlıq göstərərək qazi olmuş leytenant Kamil Musəvi Türkiyənin baş naziri ilə görüşüb

Kamil Musəvi əlil olsa da, gözünü və ayağını itirsə də, davasından heç nəyi itirmədiyini, əzmindən dönmədiyini bildirib:
"Ayaqsız, gözsüz yaşamaq olar, ancaq Vətənsiz mümkün deyil".

Binəli Yıldırım isə Nə qədər ki, bu eşq var, heç kim bizə zərər verə bilməz, leytenant Kamil Musəvi!", - deyə cavab verib.

Aprel qazisi Afrinə getmək istədiyini Binəli Yıldırıma çatdırıb. Baş nazir isə “Qardaşların Afrində dastan yazır" cavabını verib.

Leytenant Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi "Zeytun budağı"əməliyyatına dəstək məqsədilə videoçarx hazırladığını baş nazirə bildirib. Türkiyə hökumətinin başçısı bundan qürur duyduğunu və izlədiyini bildirib: "İnşallah, Qarabağ da bir gün təmizlənər".

Leytenant Binəli Yıldırımla söhbətində məşhur Çanaqqala savaşı haqqında oxudu bir hadisəni nəql edib:
 "Savaş zamanı bir türk hərbçi geyimini cıraraq Fransa əsgərinin yarasını sarıyıb. Türk hərbçi hadisəni dostlarına belə nəql edib: "Mən onun cibində bir qadın fotosu gördüm. Anası olduğunu zənn elədim. Düşündüm ki, anası onu gözləyir. Onu gözləyən var. Ancaq mənim gözləyənim yoxdur. Ona görə də fransız hərbçiyə yardım etdim". Bu hadisədən xəbər tutan fransız general isə deyib: "Mən belə bir hadisəni nə eşitdim, nə də indiyə kimi görmüşəm".

Görüşün sonunda Binəli Yıldırım Kamil Musəviyə Türkiyə və Azərbaycan bayraqlarından yaradılan bir plaket və təsbeh hədiyə edib. 

2016-cı ilin aprel döyüşlərində qəhrəmanlıq göstərərək qazi olmuş leytenant Kamil Musəvi Türkiyənin baş naziri ilə görüşüb