Gələn il Gürcüstanda “NATO-Gürcüstan 2019” çoxmillətli təlimləri keçiriləcək

Gələn il Gürcüstanda “NATO-Gürcüstan 2019” çoxmillətli təlimləri keçiriləcək. Birgə təlimlər Gürcüstan Silahlı Qüvvələrinin modernləşdirilməsi, NATO standartlarına uyğunlaşdırılması və inteqrasiyasının sürətləndirilməsi məqsədilə keçiriləcək. 

Bu sözləri Gürcüstanın müdafiə naziri Levan İzoria bu gün rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı illik hesabat verərkən deyib. 

Nazirin sözlərinə görə, təlimlərdə NATO-ya üzv və tərəfdaş ölkələrin, o cümlədən Cənubi Qafqaz dövlətlərinin hərbi qulluqçularının da iştirakı nəzərdə tutulub. 

L.İzoria Gürcüstanın hərbi qüdrətinin artırılması, hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması, əməkhaqlarının, silahlı qüvvələrin döyüş və müdafiə qabiliyyətinin artırılması, beynəlxalq əməkdaşlığın perspektivləri barədə məlumat verib.