İndoneziyada dağıntılar altında 150 mindən çox insan qalıb
İndoneziyada baş vermiş zəlzələ və sunamidən sonra dağıntılar altında 152 min insan qala bilər.
Bu barədə İndoneziya XİN nümayəndəsi Əhməd Ramadan bildirib.
O qeyd edib ki, təbii fəlakət nəticəsində 65 min ev dağılıb, 2,5 mindən çox insan yaralanıb.
"Hələlik biz dağıntılar altında 1558 qurbanı aşkarlamışıq", - Ramadan deyib.
Xatırladaq ki, 7,7 maqnitudalı dağıdıcı zəlzələ İndoneziyada sentyabrın 28-də baş verib.