İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 384-ə çatdı

İndoneziyada dünən baş verən zəlzələ və sunami nəticəsində həlak olanların sayı 384-ə çatıb.

Bu barədə İndoneziya rəsmiləri məlumat veriblər.

Bir müddət əvvəl 48 ölü, 356 xəsarət alan barədə məlumat verilmişdi. Rəsmilər sadəcə Palu şəhərində ölən və yaralananlar barədə məlumat olduğunu dəqiqləşdirmişdilər.

 

Sulavesi adası sahillərində 6.1 bal gücündə zəlzələ olub. Qısa müddət sonra isə 7.4 bal gücündə yeraltı təkanlar meydana gəlib.  Bu zəlzələdən sonra Paluda 2 metr hündürlüyü olan sunami baş verib. Hazırda hava limanı bağlanıb.