Tanzaniyada dəhşətli qəza — 86 ölü

Tanzaniyanın Viktoriya gölündə dəhşətli qəza baş verib.

300-dən çox sərnişini olan gəmi batıb. Qəza nəticəsində ən azı 86 nəfər həlak olub. 37 nəfər xilas edilsə də, yüzlərlə insan itkin düşüb.

Gəmi göldəki ən böyük ada sayılan Ukereve sahillərində batıb. Rəsmilər bildiriblər ki, gəmidə sərnişin həddindən artıq çox olub. Mvanza bölgə polisinin rəisi Conatan Şana bildirib ki, 86 nəfər həlak olub.

Şana axtarış-xilasetmə işlərinin davam etdiyini, ən azı 200 nəfərin itkin düşdüyünü bildirib. Eyni zamanda isə ölü sayının artacağından da narahat olduqlarını qeyd edib.