Taliban Əfqanıstanda helikopteri atəşə tutdu — 5 ölü

Əfqanıstanın Xaki-Safed vilayətində hərbi helikopter qəzaya uğrayıb.

İnsident nəticəsində 5 nəfər həlak olub.
Xaki-Saded vilayətinin qubernatoru Məhəmməd Navrozi bəyan edib ki, əvvəlcə helikopter nasazlıq ucbatından eniş edib. Amma Taliban terrorçuları onu atəşə tutublar.

Helikopterdə olan pilot və 4 sərnişin həlak olub.