Hindistanlı professor canlı yayımda dünyasını dəyişdi

Hindistanda canlı yayımda iştirak edən 86 yaşlı professor Rita Jitendra infarkt keçirərək dünyasını dəyişib.

Onun ölüm anı canlı yayımda tamaşaçılar tərəfindən izlənilib.

Veriliş zamanı professorun vəziyyəti qəflətən pisləşib. Sonra isə Rita özündən gedib. Onun vəziyyəti verilişin komandasının çaşqınlığına səbəb olub.
86 yaşlı qadının infarkt səbəbindən dünyasını dəyişdiyi bildirilib.