İsveçrəyə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 20 nəfər ölüb

Alp dağlarında İsveçrəyə məxsus "Ju-52"tipli təyyarənin qəzaya uğraması nəticəsində 20 nəfər ölüb. 

Bu barədə "Associated Press" məlumat yayıb.

Qeyd olunur ki, təyyarənin göyərtəsində 17 sərnişin və 3 heyət üzvü olub. Ölənlər arasında 11 kişi və 9 qadın olduğu bildirilib.