Pakistanda partlayış: Ölənlər var

Pakistanın Pişəvər şəhərində baş verən terakt zamanı azı 20 nəfər həlak olub. 

Bununla bağlı “Geo News” məlumat yayıb. 

Partlayış iyulun 10 axşam saatlarında Hayber-Paxtunxva bölgəsinin ərazisində baş verib. Hadisə zamanı terrorçu-kamikadzə özünü partladıb. Məlumatlara görə, partlayış nəticəsində 62 nəfər yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır. 

Ölənlər arasında "Avami milli partiyası"nın lideri Harun Əhməd Bilur və oğlu da var. 

Terror aktını hələlik heç bir qruplaşma üzərinə götürməyib.