Tunis sahillərində miqrantları aparan gəmi batıb — 37 nəfər ölüb

Dünən axşam saat 23.00 radələrində Aralıq dənizində, Tunis sahillərindən 16 mil uzaqlıqda miqrantların olduğu gəmi batıb.

Bu barədə Tunis Daxili İşlər Nazirliyi məlumat yayıb.

Dərhal xilasedicilər hadisə yerinə göndərilib. Xilasedicilərin 37 miqrantın cəsədini çıxarıb, 68 nəfər xilas edilib. Xilas edilənlərin 60 nəfəri Tunis, 8 nəfəri digər Afrika ölkələrinin vətəndaşlarıdır.

 

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.