Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb, iki pilot ölüb
Türkiyənin İzmir vilayəti ərazisində hərbi təlim təyyarəsi qəzaya uğrayıb.
Dalga tv Oxu.az-a istinadən məlumatına görə, hadisə fevralın 16-da Çiğli təlim mərkəzində baş verib.
Qəza nəticəsində iki pilot həlak olub.
Hadisənin səbəbləri araşdırılır.