Hindistanda istidən əziyyət çəkən kobraya su verdilər

Hindistanda insanlar susuzluqdan əziyyət çəkən ilana kömək ediblər.

Dalga tv Trendə istinadən xəbər verir ki, kral kobrası adi vaxtlarda insanlarla təmasdan qaçır, lakin güclü isti və susuzluq heyvanı yaşayış məntəqəsinə yaxınlaşmağa məcbur edib.

Yerli sakinlər isə ona kömək ediblər. Kişilərdən biri onun quyruğundan tutub, digəri isə ilana butulkadan su verib.

Qeyd edək ki, kral kobrası ən iri zəhərli ilandır.