Gürcüstanda 157 məhbus əfv olunub

Gürcüstan prezidenti Georgi Marqvelaşvili tərəfindən 157 məhbus əfv olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə xüsusi brifinq keçirən Gürcüstan prezidenti yanında Əfv Komissiyasının sədri Zviad Koridze açıqlama verib. O bildirib ki, fevralın 16-21-də prezidentə əfv ərizəsi ilə müraciət edən 890 məhbusun işinə baxılıb. Sonda prezident G. Marqvelaşvili 157 məhbusu əfv edib.

Əfv olunanlardan 93-ü azadlığa çıxıb, 64 məhbusun cəza müddəti azaldılıb. Əfv olunanların içində 6 nəfər qadın var. 


Məlumata görə, əfvə düşənlərin içərisində azərbaycanlı məhbuslar da var.