Ermənistanda etiraz aksiyası keçirilib
Ermənistanda Gömrük İttifaqına qarşı etiraz aksiyası keçirilib.
Dalgatv-nin Anspress-ə istinadla verdiyi məlumata görə, mitinqin təşkilatçısı Milli Müqəddarat İttifaqı sədri Paruyr Ayrikyan olub. Ermənistan prezidentliyinə keçmiş namizədin təşkil etdiyi aksiya paytaxt İrəvanın mərkəzində olub. Gömrük İttifaqına daxil olmağa etiraz edən onlarla insan meydana çıxıb.
Toplananlar qarşısında çıxış edən Ayrikyan qeyd edib ki, ölkədə prioritet problem sülhün təminatı ilə bağlıdır. Onun sözlərinə görə, Ermənistanı tam müstəqil dövlət adlandırmaq olmaz: "Dövlət o zaman müstəqil sayılır ki, öz elmi, dini və mənəvi dətərlərini özü idarə edəndə müstəqil və suverin sayılır. Bu Ermənistanda müşahidə edilmir".