Niaqara şəlaləsi dondu

alt

Amerika Birləşmiş Ştatlarını öz cənginə alan "qütb dəliyi" soyuq cərəyanının təsiri nəticəsində hökm sürən şaxta məşhur Niaqara şəlaləsinin də donmasına səbəb olub.

Məlumata görə, şəlalənin yerləşdiyi ABŞ-Kanada sərhədində 18 dərəcə şaxta müşahidə edilir. Bu temperaturda Niaqara şəlaləsinin böyük bir hissəsinin donması ortaya maraqlı görüntülər çıxarıb.

Sonuncu dəfə 1936-cı ildə Niaqara şəlaləsi tamamilə donmuş, yerli sakinlər bu nadir hadisəni görmək üçün bölgəyə axın etmişdilər.