Gürcüstanda yeniyetmələrin qətlində təqsirli bilinən şəxslərə hökm oxunub

Tbilisi şəhər məhkəməsi ötən ilin dekabrında Xorava küçəsində qətlə yetirilmiş yeniyetmələrin cinayət işi ilə bağlı hökm çıxarıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, qətldə təqsirləndirilənlər 10 il 6 ay və 9 il 9 ay müddətinə azadlıqdan məhrum olunublar. 

10 il 6 ay müddətinə həbs cəzası yeniyetmə David Saralidzenin qətlində təqsirli bilinməyən, lakin digər yeniyetmə Levan Dadunaşvilinin qəsdən qətlində ittiham olunan Q.B. adlı şəxsə, 9 il 9 ay müddətinə həbs cəzası ilə təqsirləndirilən ikinci Q.C. adlı şəxsə verilib.

 


Qeyd edək ki, məhkəmənin David Saralidzenin qətlində təqsirli bilinən şəxsin qismən təqsirli olması barədə dünənki qərarı böyük narazılığa səbəb olub. Baş Prokurorluğun qarşısında keçirilmiş etiraz aksiyasından sonra baş prokuror İrakli Şotadze istefa verib. Aksiya daha sonra baş nazir və hökumətin istefası tələbi ilə Gürcüstan parlamentinin binası qarşısında davam etdirilib.