Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasının II turunda qələbə qazanıb

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında II turun görüşləri keçirilib.

Kişilərdən ibarət Azərbaycan millisi İtaliya ilə üz-üzə gəlib. Qadınların yarışında isə rəqib Belçika kollektivi olub. Hər iki milli komanda rəqiblərini məğlub edib.  

Kişilər

İtaliya - Azərbaycan - 1:3 

Daniele Vokatura - Şəhriyar Məmmədyarov - 0,5:0,5

Mikele Qodena - Teymur Rəcəbov - 0,5:0,5 

Luka Moroni - Arkadi Naydiç - 0:1

Sabino Brunello - Rauf Məmmədov - 0:1

T.Rəcəbovla R.Məmmədov ağ, Ş.Məmmədyarov və A.Naydiç isə qara fiqurlarla mübarizə aparıb. 

Qadınlar

Azərbaycan - Belçika - 3.5:0.5 

Günay Məmmədzadə - An Qussen - 1:0

Zeynəb Məmmədyarova - Daria Vanduyfeys 0,5:0,5

Gülnar Məmmədova - Vibke Barbye - 1:0

Ülviyyə Fətəliyeva - Anneli Kuvelye - 1:0

G.Məmmədzadə ilə G.Məmmədova ağ, Z.Məmmədyarova və Ü.Fətəliyeva isə qara fiqurla oynayıb.

Qeyd edək ki, Azərbaycanın kişilərdən ibarət yığması ilk turda Beynəlxalq Fiziki Məhdudiyyətli Şahmat Assosiasiyasının (İPCA) komandasını 3,5:0,5 məğlub edib. Qadınlarda isə milli İordaniyadan güclü olub – 4:0.