“Qarabağ qaziləri” Tbilisidə yoldaşlıq oyunu keçirib

Tbilisidə "Qarabağ qaziləri" amputant futbol komandası ilə Gürcüstanın Avropa çempionu olmuş veteranlardan ibarət "Tbilisi" komandası arasında yoldaşlıq oyunu keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, oyun Avropa Amputant Futbol Federasiyasının təşkilatçılığı ilə baş tutub.

Qarşılaşma Azərbaycan və Gürcüstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Görüşün birinci hissəsi 5:0 hesabı ilə "Tbilisi" komandasının, ikinci hissəsi isə 3:1 "Qarabağ qaziləri"nin xeyrinə nəticələnib. Beləliklə, matç "Tbilisi" komandasının 6:3 hesablı qələbəsi ilə başa çatıb.

Oyunu izləyənlər arasında Azərbaycanın Gürcüstandakı səfirliyinin, hər iki ölkənin futbol federasiyalarının, Gürcüstanın Veteranlarla İş üzrə Dövlət Xidmətinin nümayəndələri də olub.

Qeyd edək ki, “Qarabağ qaziləri” futbol klubu bu ilin aprelində yaradılıb. Bu ilin mayında "Qarabağ qaziləri" Bakıda keçirilmiş yoldaşlıq yarışında 3:2 hesabı ilə "Tbilisi" komandasına qalib gəlib